• Sultan Əziz mühallebisi resepti

Reseptin məlumatları Baxış sayı: 14 987

Tarix : 8-08-2014, 15:51

Bölmə : Digər reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
7 st. süd
1,5 st. şəkər tozu
1,25 qəhvə fincanı düyü unu
0,5 qəhvə fincanı nişasta
1 st. soyuq su
1 çimdik duz
1 qəhvə kokos yonqarı
1 st. kişmiş
1 armudu st. qovrulmuş qabıqsız badam
1 qəhvə fincanı portağal sedrası

Bəzək üçün:
badam, kişmiş, kokos yonqarı

Hazırlanması:
Badamları blenderdə xırdalayın. Kişmişi yuyub qurudun.

Bir qazanda süd, 1 çimdik duz, 1 qəhvə fincanı portağal sedrası və şəkər tozunu orta itilikli ocaqda qaynadın.

Bir kasada nişasta və düyü ununu 1 st. soyuq su ilə qarışdırın. Qaynamaqda olan südə qarışdıraraq nazik axınla əlavə edin. Süd bir qədər qatılaşanda xırdalanmış badam, kokos yonqarı və 1 st. kişmişi əlavə edin. Qarışdırıb ocaqdan götürün. Kremankalara töküb soyudun. Yaxud da kasalarda soyudub sonra boşqaba tərs çevirib üzərini bəzəyin.

Nuş olsun!
Etiketlər: qəhvə, fincanı, badam, kokos, yonqarı, kişmiş, portağal, sedrası, əlavə, nişasta, çimdik, soyuq, şəkər, Qarışdırıb, ocaqdan, götürün, Kremankalara, kişmişi, xırdalanmış, töküb
BİZİ İZLƏYİN