• Kiev salatı resepti

Reseptin məlumatları Baxış sayı: 1882

Tarix : 28.04.2018, 12:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)




Tərkibi:
2 orta boy kartof
3 yumurta
1 xıyar
100 qr. yaşıl noxud
mayonez
duz
istiot
şüyüd
Toyuq küftəcikləri üçün:
100 qr. toyuq filesi
1 x.q. un
4 x.q. süd
1 yumurta ağı
duz
istiot

Hazırlanması:
1.Birinci küftəcikləri hazırlayaq.
Blendor qabına toyuq filesini, unu, südü, yumurta ağını, duzu, istiotu əlavə edirik. Və tam bir birinə qarışana kimi blendordan keçirdirik. Gözəl və havalı alınır. Qazanda su qaynamağa qoyuruq, su qaynayan zaman çay qaşığı ilə toyuğdan götürüb top halına salıb suya əlavə edirik. 3-5 dəqiqə bişirib sudan çıxardırıq. Soyuduruq.
2.Kartof və yumurtalar suda bişməlidir. Qabığını soyub, soyuduruq.
3.Dərin bir qaba kartofu, yumurtaları, xıyarı kubik şəklində kəsirik.
4.Göyərtini xırda doğrayırıq.
5.Yaşıl noxud əlavə edirik.
6.Duz və istiot səpirik.
7.Mayonez əlavə edib hamısını yaxşı qarışdırırıq.
8.Salat qabına əvvəl salatı qoyuruq üstən isə toyuq küftəciklərini.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, istiot, toyuq, edirik, yumurta, qabına, noxud, küftəcikləri, qoyuruq, xıyarı, Dərin, kubik, yumurtaları, kartofu, Qabığını, Kartof, Soyuduruq, çıxardırıq, yumurtalar, bişməlidir
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Qafqaz Eyvazov
" Kiev salatı " da Gürcüstan mətbəxinə aid deyil . " Kiev salatı " Ukrayna mətbəxinə aiddir .
23 avqust 2019 17:45
1
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN