• Makaron salatı resepti

Reseptin məlumatları Baxış sayı: 31 366

Tarix : 24-09-2016, 21:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
makaron (istənilən növ) - 250 qr
qatıq - 3 xörək qaşığı
mayonez - 3 xörək qaşığı
konservləşdirilmiş yaşıl noxud - 1 stəkan
qaynadılmış yerkökü - 2 ədəd
xiyar - 2 ədəd
xiyar turşusu - 2 ədəd
sarımsaq - 2-3 diş
quru nanə - 1 çay qaşığı
1 ədəd limonun suyu
Duz, istiot - zövqə görə

Hazırlanması:
Makaronu bağlamanın üzərində göstərilmiş qaydada qaynadın. Suyunu süzün və bir kənara qoyun. Bir kasanın içində qatıq, mayonez, əzilmiş sarımsaq, limon suyunu qarışdırın.
Bu qarışığı makaronun üzərinə əlavə edin. Xiyar, xiyar turşusu və qaynadılmış yerkökülərini kiçik-kiçik doğrayıb makarona əlavə edin.
Ən son noxudu, duzu, istiotu və quru nanəni əlavə edib yaxşıca qarışdırın. Ləzzətli salatımız hazırdır.

Nuş olsun!
Etiketlər: əlavə, xiyar, qaşığı, turşusu, kiçik, qarışdırın, qaynadılmış, sarımsaq, qatıq, mayonez, xörək, makaronun, üzərinə, nanəni, qarışığı, hazırdır, əzilmiş, limon, suyunu, Xiyar
BİZİ İZLƏYİN