• Şokoladlı krem karamel resepti

Reseptin məlumatları Baxış sayı: 3 244

Tarix : 21-01-2019, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 yumurta (otaq temperaturunda),
1 su stəkanı toz şəkər,
1paket vanilin,
1 litrə süd,
2 paket (160 qr) bitter vaniklinşoikolatı

Karameli üçün:
1 su stəkanı şəkər tozu,
5-6 yemək qaşığı su

Hazırlanması:
Yapışmayan tavaya 1 stəkan şəkər və 5-6 yemək qaşığı `su qoyun və heç qaşıq vurmadan qarışdırmadan tavanı hərəkət etdirin . Tavanı vam odda 10 dəqiqəyə yaxın saxlayın ki, şəkər tamamən ərisin və suyu çəkilsin.
Karamelin çox yanmamasına və acılaşmamasına diqqət edin .
Karamel donmadan fırına dayanıqlı kiçik dərin kasalara eyni miqdarda paylaşın.
4 ədəd yumurtanı və 1 su stəkan toz şəkəri şüşə bir qab içində tel çırpanla yaxşıca çırpın.
Mikserdən istifadə etməyin.
Mikserlə çırpanda qarışıq çox köpüklənir.
Südü olana qədər qızdırın .
Çalışın süd çox qaynar olmasın.
Şokoladı əlavə edib əriyənə qədər qarışdırın.
Yumurtalı qarışıma şokoladlı ilıq südü və vanilini də əlavə edib qarışdırın.
Hazırladığınız bu qarışımı diblərinə karamel qoyduğunuz kasalara paylaşdırın.
Kasaları isti su dolu fırın sinisinə yığın.`
İsti su kasaların yarısını keçməyəcək qədər olmalıdır.
Əvvəlcədən 175 dərəcə qızdırılmış fırında krem karamellərin üstü qızarana qədər 1 saata yaxın bişirin.
Hər bir fırında bişmə sürəsi fərqli ola bilər.
Fırından çıxan kasalari otaq temperaturuna gəldikdən sonra soyuducuya qoyun.
Soyuducuda karameli ən az 6-7 saat saxlayın.
Soyudicudan çıxan krem karamellərin rahat çıxmasını istəyirsinizsə kənarlarını incə bir bıçaqla kasadan ayıracaq şəkildə kəsin.
Bundan sonra kasanın üzərinə bir tort tabağını qapatıb tərs çevirin və krem karamelin yavaşça tabağa sürüşüb düşməsini gözləyin.
Soyuq olaraq servis edin…

Nuş olsun!
Etiketlər: şəkər, qədər, kasalara, saxlayın, yaxın, qoyun, fırında, sonra, çıxan, karamellərin, stəkan, əlavə, qarışdırın, yemək, qaşığı, stəkanı, bişmə, sürəsi, bişirin, saata
BİZİ İZLƏYİN