• Şaxta baba papağı resepti

Reseptin məlumatları Baxış sayı: 12670

Tarix : 25.12.2016, 19:00

Bölmə : Şirniyyatlar » Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Bu pirojnanı fərqli əsaslarla - hazır biskvit, brauni, mayalı xəmir - hazırlamaq olar. Həmçinin qaymaqlı pendir və çiyələk də gərək olacaq. Əsası özünüz də hazırlaya bilərsiniz.

Tərkibi (15 ədəd):
225 q kərə yağı
2,5-3 st. şəkər tozu
1 ç.q. vanil
4 yumurta
180 q un
70 q kakao tozu
0,5 ç.q. duz
0,5 ç.q. soda (sirkə və ya limon şirəsində söndürülmüş)
180 q südlü və ya tünd şokolad
14-16 ədəd çiyələk
50 q qaymaqlı pendir

Hazırlanması:
Ləyəndə quru ərzağı - şəkər tozu, vanil, un, duz, söndürülmüş sodanı qarışdırın.

Başqa ləyəndə mikserlə yağ və şəkər tozunu çalın.

Quru ərzaq qarışığını buraya əlavə edin, eynicinsli kütlə alınanadək çalın.

Çalmağı dayandırmadan bir-bir yumurtaları qatın, sonra kakao tozunu tökün.

Şokoladı xırdalayın (damla şokolad da olar), xəmirə əlavə edib taxta qaşıqla qarışdırın.

Brauni üçün düzbucaqlı forma hazırlayın: perqament döşəyin, yaxud kərə yağı çəkin.
Xəmiri içinə töküb 175 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin. Soyudun.

Hazır braunidən forma və ya qədəhin köməyi ilə dairələr kəsin.

Pirojnaların üst hissəsinə qaymaqlı pendir çəkin. Üstünə çiyələk qoyun. Onun da ucuna qaymaqlı pendirdən "qotaz" qoyun. Çiyələk "laxlamasın" deyə oturacağını bıçaqla kəsib hamarlaya bilərsiniz.

Nuş olsun!

Etiketlər: qaymaqlı, şəkər, pendir, çiyələk, çəkin, bilərsiniz, vanil, çalın, şokolad, qarışdırın, söndürülmüş, tozunu, kakao, qoyun, əlavə, forma, dərəcə, töküb, qaşıqla, qızdırılmış
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Roya
necede dadli gorunur axi ede bilmirem bunlari axirda sisecem deyesen
19 dekabr 2014 15:41
1
HƏR YERƏ SƏNİ YAZARAM...AMMA ÖLSƏMDƏ SƏNƏ YAZMARAM!!!!
BİZİ İZLƏYİN




Yandex.Metrica