• Şokoladlı-almalı əlüstü piroq resepti

Reseptin məlumatları Baxış sayı: 16 919

Tarix : 16-11-2015, 23:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q alma (3 ədəd)
300 q un
100 q acı kakao tozu
200 q şəkər tozu
100 ml süd
3 yumurta
10 q qabartma tozu
220 q kərə yağı
formanı yağlamaq üçün 20 q kərə yağı
piroqun üzərinə səpmək üçün şəkər pudrası

Hazırlanması:
Sobanı 190 dərəcə qızdırın. 26 sm diametrli formanı kərə yağı ilə yağlayın.

Un, qabartma tozu və kakaonu birlikdə ələyin.

Almaları yuyun, təmizləyin, sürtgəcin iri gözündən keçirin.

Kərə yağını vam odda əridib soyudun.

Yumurtaları qatı köpük alınınca çalın (miksersiz). Buraya süd, şəkər tozu, sürtgəcdən keçirdiyiniz alma, kakao-un-qabartma tozu qarışığı və kərə yağını əlavə edib yaxşı qarışdırın, xəmiri formaya tökün.

Sobada təxminən 1 saat bişirin. Artıq bişirməyin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.
Soyudun. Formadan çıxarın, üzərinə şəkər pudrası səpin.

Nuş olsun!
Etiketlər: şəkər, qabartma, pudrası, üzərinə, kakao, formanı, yağını, xəmiri, qarışdırın, tökün, Sobada, yaxşı, formaya, qarışığı, Buraya, sürtgəcdən, keçirdiyiniz, təxminən, əlavə, Bişib
BİZİ İZLƏYİN