• Almalı pastila resepti

Reseptin məlumatları Baxış sayı: 15 582

Tarix : 26-12-2015, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 kq alma (anton, başqa növ də olar)
2 yumurtanın ağı
1 st. şəkər tozu
100 q şəkər pudrası

Hazırlanması:
Almanı yuyub qabığını təmizləyin. Cecəsini çıxarıb dilimləyin. Xırda doğrayın, formaya yığıb 170 dərəcə qızdırılmış sobada təxminən 15 dəqiqə bişirin. Alma yumşalmalı və çalmaq üçün rahat olmalıdır.

Almanı başqa qaba yığın, ayrılan şirəsinə dəyməyin, 0,5 st. şəkər tozu əlavə edib ağarıncaya qədər çalın (ən az 15 dəqiqə).

Yumurta ağlarını ayrı qabda, qaşıq-qaşıq şəkər tozunu əlavə edərək, çalın.

Almalı qarışıqla bezeni eynicinsli kütlə alınanadək qarışdırın, bu qarışığın təxminən 4 xörək qaşığını başqa qaba qoyun (lazım olacaq).

Qalan "xəmiri" perqament döşənmiş formaya töküb 100 dərəcə qızdırılmış sobada ağzı açıq olmaqla 5-7 saat qurudun. Hazır pastilanın rəngi qızılı-qəhvəyi olmalıdır. Bişməyindən əmin olmaq istəyirsinizsə, kibrit çöpü ilə yoxlayın.

Hazır pastilanı enli bıçağın köməyilə kağızdan aralayın.

Pastilanı eninə bir neçə yerə bölün (2 - 3 - 4 - hündürlüyündən asılıdır). Aralarına ayırdığınız qarışıqdan çəkin, üst-üstə yığın. Yenə də 100 dərəcə qızdırılmış ağzıaçıq sobada 2 saat bişirin.

Sonra üzərinə və kənarlarına bol-bol şəkər pudrası çəkin.

Nuş olsun!
Etiketlər: şəkər, dərəcə, sobada, qızdırılmış, başqa, dəqiqə, təxminən, bişirin, olmalıdır, çalın, əlavə, yığın, qaşıq, formaya, pudrası, çəkin, Almanı, Hazır, perqament, olmaq
BİZİ İZLƏYİN