• Meyvəli piroq resepti

Reseptin məlumatları Baxış sayı: 24 459

Tarix : 1-07-2016, 17:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
200 qr. xama
4 yumurta
200 qr. yağ (yumşalmış)
3-4 st. un
1 st. şəkər tozu
qabardıcı (ya da soda)
vanil
şaftalı, gavalı (quru meyvələrlə də etmək olar)

Hazırlanması:
Şəkər tozunu yumurta ilə mikserlə yaxşıca çalın.
Mikserlə qarışdıra-qarışdıra xamanı, yumşaq yağı əlavə edin.
Qabardıcı, vanil əlavə edin. Unu hissə-hissə əlavə edin.
Xəmir bərk olmamalıdır.
Gavalı və şaftalını doğrayin.
Xəmiri bişirdiyiniz formaya yerləşdırın.
Xəmirdən 1 qədər üstünü bəzəmək üçün saxlayın.
Meyvələri xəmirin içinə batıraraq düzün.
Qalan xəmiri isə mətbəx şprisinə töküb üstünü bəzəyin.
200 dərəcə isinmiş sobada 40 dəq. bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, hissə, üstünü, yumurta, vanil, qarışdıra, Meyvələri, saxlayın, bəzəmək, qədər, Xəmirdən, Xəmiri, bişirdiyiniz, formaya, yerləşdırın, xəmirin, batıraraq, dərəcə, bəzəyin, isinmiş
BİZİ İZLƏYİN