• Bol çiyələkli piroq resepti

Reseptin məlumatları Baxış sayı: 12 762

Tarix : 25-07-2016, 14:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
korj:
110 q kərə yağı
3 x.q. şəkər tozu
150 q un

iç:
500 ml su
350 q şəkər tozu
6 x.q. qarğıdalı nişastası
170 q çiyələkli jele
2 kq təmizlənib yuyulmuş çiyələk

Hazırlanması:
Kərə yağı, şəkər tozu və unu qarışdırıb ovun. Odadavamlı qabın içinə əlinizlə bərabər yayın. 190 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə, kənarları qızaranadək bişirin. Sobadan çıxarıb otaq temperaturunadək soyudun.

Su, şəkər tozu və qarğıdalı nişastasını qarışdırıb ocağın üzərinə qoyun, qarışdıraraq bişirin, qaynara düşəndən sonra qarışdırmağı dayandırmadan qatılaşanadək bişirin, ocaqdan götürün. Çiyələk jelesini əlavə edib tam əriyənədək qarışdırın. Otaq temperaturunadək soyudun. Çiyələyi əlavə edin.
İçi hazır korjun üzərinə əlavə edib donması üçün soyuducuya qoyun.

Süfrəyə çalınmış qaymaqla verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, bişirin, əlavə, soyudun, temperaturunadək, qarışdırıb, qarğıdalı, qoyun, üzərinə, bilərsiniz, qatılaşanadək, ocaqdan, dayandırmadan, düşəndən, sonra, götürün, qarışdırmağı, Çiyələk, donması, korjun
BİZİ İZLƏYİN