• Nuqalı piroq resepti

Reseptin məlumatları Baxış sayı: 14 854

Tarix : 2-08-2016, 19:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
korj:
100 q kərə yağı
100 q şəkər tozu
200 q un

nuqa:
100 q qovrulmuş fındıq (qoz, badam)
100 q kərə yağı
50 ml su
100 q şəkər tozu
0,5 limonun şirəsi
150 ml qatılaşdırılmış süd
200 q tünd şokolad

Hazırlanması:
Yağı dondurucuda bir neçə saat saxlayın.

Unla şəkər tozunu qarışdırın. Yağı bu qarışığın üzərinə sürtgəcdən keçirin və əlinizlə ovaraq qum halına salın.

28 sm diametrli formaya döşəyin, əlinizlə basıb hamarlayın, 20 dəqiqə soyuducuda saxlayın.

Sobanı 180 dərəcə qızdırın. Formanı içinə qoyub 25-30 dəqiqə, korj qızarınca bişirin. Soyudun.

Tayqulpda şəkər tozu ilə suyu qarışdırıb ocağa qoyun. Qaynara düşəndə yağ, qatılaşdırılmış süd, limon şirəsi əlavə edib qarışdıraraq 20 dəqiqə, qatılaşanadək bişirin.

Sonda qovrulmuş fındığı (qoz, badam) əlavə edib qarışdırın, soyudun.

Nuqanı korjun üzərinə bərabər yayın.

Şokoladı əridib nuqanın üzərinə çəkin. Bərkiyənədək soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: şəkər, dəqiqə, üzərinə, saxlayın, soyuducuda, əlinizlə, qarışdırın, qatılaşdırılmış, qovrulmuş, bişirin, badam, əlavə, şirəsi, limon, düşəndə, qoyun, Tayqulpda, qarışdırıb, ocağa, qarışdıraraq
BİZİ İZLƏYİN