• Çiyələkli kəsmikli keks resepti

Reseptin məlumatları Baxış sayı: 14 040

Tarix : 28-09-2017, 18:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
300 qram kəsmik
100 qram un
75 qram yumşaldılmış kərə yağı
1 yumurta
200 qram çiyələk
bir az duz
şəkər zövqə görə
1 paket qabartma tozu

Hazırlanması:
Yumurta və şəkəri mikserlə yaxşı şişənə qədər çalın.
Üzərinə yumşaldılmış kərə yağını, duz və qabartma tozunu əlavə edin.
Unu hissə-hissə əlavə edərək mikserlə çalın və sonda kəsmiyi əlavə edin.
Çiyələkləri yuyun və 4 yerə bölün (mövsümə görə çiyələyi başqa giləmeyvə ilə də əvəz etmək olar).
Selikon keks qablarına alınmış kəsmikli xəmirin yarısını tökün və üzərinə çiyələkləri əlavə edin.
Qalan xəmiri də keks qablarına əlavə edin.
Sobanı 200 dərəcə qızdırın və 30 dəqiqə keksləri bişirin.
Kekslər hazır olduqda soyuduqdan sonra üzərinə şəkər tozu səpin və çiyələk ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: əlavə, şəkər, çiyələk, qabartma, çalın, mikserlə, üzərinə, hissə, yumşaldılmış, qablarına, etmək, giləmeyvə, çiyələkləri, başqa, Selikon, yarısını, Qalan, xəmirin, alınmış, kəsmikli
BİZİ İZLƏYİN