• Şokoladlı qlazurlu nanəli braun resepti

Reseptin məlumatları Baxış sayı: 13 481

Tarix : 7-08-2016, 21:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Xəmir üçün:
150 qram kərə yağı
150 qram tünd şokolad
1 su stəkanı qəhvəyi şəkər
4 yumurta
1 su stəkanı un
1 çimdik duz
1 xörək q. vanil

Qlazur üçün:
50 qram kərə yağı
100 qram şəkər tozu
3-4 xörək q. nanə şirəsi
3 xörək q. qaymaq
3 xörək q. xırda doğranmış nanə

Üzərinə:
50 qram kərə yağı
50 qram tünd şokolad

Hazırlanması:
Şokolad və kərə yağını su vannasında əridin.
Yumurtanı başqa qabda şəkər, vanil, duzla mikser ilə çalın.
Unu əlavə edib şokolad ilə yağ qarışığının üzərinə qatıb, qarışdırın.
Düzbucaq formalı yağlanmış qaba (təxminən 20×30 sm ölçülü) tökün.
Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada 30 dəqiqə bişirin.
Hazır olduqda qabla birlikdə soyumağını gözləyin.
Qlazuru hazırlamaq üçün yağı şəkər tozu ilə çalın, qaymağı, nanə şirəsini və sonda doğranmış nanəni əlavə edib qarışdırın.
Soyumuş korjun üzərinə çəkib 30 dəqiqə soyuducuda saxlayın.
Şokolad və kərə yağını su vannasında əridin və qlazurlu keksin üzərinə çəkin və soyuducuya qoyub bərkiməyini gözləyin.
Soyuduqdan sonra şokoladlı qlazurlu nanəli braun şirniyyatı servisə hazırdır.

Nuş olsun!
Etiketlər: xörək, şəkər, şokolad, üzərinə, vanil, yağını, doğranmış, qlazurlu, əridin, gözləyin, dəqiqə, qarışdırın, əlavə, çalın, vannasında, Şokolad, stəkanı, hazırlamaq, Qlazuru, servisə
BİZİ İZLƏYİN