• Ovulan xəmirli moruqlu piroq resepti

Reseptin məlumatları Baxış sayı: 15 561

Tarix : 27-02-2017, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 yumurta
2,5 su stəkanı un
200 qram kərə yağı
1 su təkanı şəkər
1 çay q. vanil
1 çay q. qabartma tozu
200 qram moruq mürəbbəsi

Hazırlanması:
Kərə yağını və ya marqarini yumşaldın.
Üzərinə şəkər yumurta, vanil qatıb qarışdırın.
Qabartma tozu ilə qarışdırılmış unu bunlara qatıb xəmir yoğurun.
Xəmir bərk olmamalıdır.
Xəmirdən 1/3 hissəni götürün və buz dolabında 1 saat saxlayın.
Soba qabını yağlayın.
Xəmirin çox hissəsini soba qabına yayın.
Üzərinə moruq mürəbbəsini töküb qaşıqla yayın.
Buz dolabından donmuş xəmiri götürün və sürtgəcdən keçirdib üstünə səpin.
Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada 20-25 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: Üzərinə, qatıb, yumurta, yayın, moruq, götürün, şəkər, vanil, qaşıqla, dolabından, donmuş, xəmiri, töküb, hissəsini, stəkanı, mürəbbəsini, sürtgəcdən, qabına, üstünə, sobada
BİZİ İZLƏYİN