• Bellissimo keks resepti

Reseptin məlumatları Baxış sayı: 4 514

Tarix : 24-04-2017, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
2 yumurta
Yarım su stəkanı şəkər
Yarım su stəkanı duru yağ
Yarım su stəkanı süd
1 su stəkanı un
1 paket qabartma tozu
1 paket vanil
2 yemək qaşığı kakao

Sousu üçün:
0,5 armudu st. şəkər
2 yemək qaşığı un
2 su st. süd
2 yemək q. labne pendiri (100 qr)

Keksi islatmaq üçün:
Yarım armudu stəkan süd
1 çay qaşığı kakao

Şokolad sousu üçün:
200 ml qaymaq (yağlılıq az olan paketdən alın duru olsun)
1 paket şokolad

Hazırlanması:
1. İlk öncə keksdən başlayaq. Yumurta və şəkəri mikserlə yaxşıca çalırıq. Daha sonra digər inqredientləri əlavə edib çox axıcı bir keks xəmiri əldə edirik. Keksimizi öncədən qızdırılmış 175 dərəcə sobada 20-30 dəqiqə (məndə 20 dəqiqəyə bişdi sobaya görə dəyişə bilər) bişiririk.
2. Keçək sousa. Süd+un+ şəkəri bir qabda qaz üzərində qaynayana qədər bişiririk. Davamlı şəkildə qarışdırın hazırlanma müddərində. Qaynadıqdan 5 dəq sonra kənara qoyuruq labne pendirin əlavə edib yenidən qarışdırırıq. Tez tez qarışdırın ki, topaqlanmasın.
3. Şokolad sousu üçün qaymağı qazda qızdırırıq.Kənara qoyub istiliyi çixmamış şokoladı hissələrə bölürük qaymağa əlavə edirik və şokolad əriyənə qədər tez tez qarışdırırıq.
4. Sobadan çıxmış keksimizin ilk istiliyi biraz çıxdıqdan sonra kakaolu südlə isladırıq.Süd keksə tam hopandan sonra üzərinə sousunu əlavə edib səliqəli şəkildə yayırıq. Sous özunu biraz tutandan sonra üzərinə hazırladığımız şokolad sousundan əlavə edək. Keksi 2-3 saat sonra hətta səhəri gün üçün nuş edə bilərsiz.

Nuş olsun!
Etiketlər: sonra, əlavə, stəkanı, Yarım, yemək, şokolad, qaşığı, paket, biraz, şəkəri, üzərinə, edirik, qədər, sousu, qarışdırırıq, qarışdırın, şəkildə, istiliyi, bişiririk, labne
BİZİ İZLƏYİN