• Şokoladlı, dondurmalı keks resepti

Reseptin məlumatları Baxış sayı: 4 586

Tarix : 20-06-2017, 19:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 yumurta,
50 qram şəkər tozu,
100 qram “bitter” şokolad,
100 qram südlü şokolad,
200 qram kərə yağı,
40 qram un,
25 qram kakao,
Üstü üçün şokolad sousu,
Arası üçün dondurma.

Hazırlanması:
Yumurta və şəkər tozunu dərin bir qabda mikser ilə çırpın.

“Bitter” şokoladı əridib, içinə kərəyağı əlavə edin və qarışdırın. Soyuması üçün kənarda gözlədin.

Un və kakaonu qarışdırıb, yumurta və şəkər tozuna əlavə edin. Yenə yaxşıca qarışdırın.

Soyuması üçün gözlətdiyiniz şokoladlı qarışığı əlavə edib, qarışdırmağa davam edin.

Südlü şokoladı qırıb, içinə əlavə edin və qarışdırın.

Keks qarışığını yağlı kağız sərilmiş bişirmə qabına tökün. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada 30-35 dəqiqə bişirin.

Soyuyan keksi ortadan ikiyə bölün. Arasına dondurma qoyub, üstünü kekslə örtün.

Şokoladlı sous ilə ilıq şəkildə süfrəyə verin.

Nuş olsun!
Etiketlər: əlavə, qarışdırın, şokolad, şəkər, dondurma, şokoladı, yumurta, içinə, Soyuması, dəqiqə, sobada, bişirin, dərəcəlik, tökün, kağız, yağlı, sərilmiş, bişirmə, Əvvəlcədən, qabına
BİZİ İZLƏYİN