• Şokaladlı yaş keks resepti

Reseptin məlumatları Baxış sayı: 5 255

Tarix : 9-07-2017, 19:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Sevinc


Tərkibi:
Keksin xəmiri üçün:
●3 ədəd yumurta
●1stəkan şəkər tozu
●1stəkandan 1 barmaq az süd
●1stəkandan 1 barmaq az duru yağ
●2stəkan un ●1ədəd qabartma tozu,vanil
●2x/qaşığı kakao

Şokalad üçün (qlazur):
●2səkan süd
●3x/qaşığı şəkər tozu
●2x/qaşığı un(dolu olmayan)
●50-60 qram ag südlü şokalad( qara da ola bilər,heç olmaya da bilər)
●3x/qaşığı kakao
●50 qram kərə yağı
Keksi isladmaq üçün 1 səkan süd.

Hazırlanması:
Xəmiri üçün 3 ədəd yumurtanı şəkər tozu ilə çalın.Əvvəl südü,yağı və un qabartma,kakao və vanili əlavə edib qarışdırın.180° sobada 20-30 dəq bişirin.Çıxarandan sonra biraz soyumasını gözləyin.Sonra isə üzərində diş çöpü ilə deşiklər açın.
Keçək qlazuru hazırlamağa.Əvvəlcə südə soyuq halda yağdan və şokaladdan başqa bütün kompanentləri qatıb yaxşıca qarışdırın.Sonra qazda az xodda bişirin, daimi qarışdırmaq lazımdır ki yapışmasın.Qatılaşana yaxın şokaladı əlavə edin.Qatılaşdıqdan sonra altını söndürüb yağı əlavə edin.Sonra ara-bir qarışdırın ki üz bağlamasın.Şokalad soyuduqdan sonra 1stəkan südə təqribi 3,4 x/qaşığı şokalad töküb qarışdırın və keksin üzərinə əlavə edin.Biraz gözləyin,hopsun deyə.Sonra isə qlazuru əlavə edib istədiyuniz kimi bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qaşığı, əlavə, qarışdırın, Sonra, sonra, kakao, şəkər, qlazuru, şokalad, bilər, gözləyin, Şokalad, barmaq, qabartma, bişirin, yapışmasın, xodda, lazımdır, qarışdırmaq
BİZİ İZLƏYİN