• Mandarinli manna halvası resepti

Reseptin məlumatları Baxış sayı: 15 680

Tarix : 8-05-2016, 15:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Jele üçün:

0,5 st. + 5 x.q. mandarin şirəsi
1,5 x.q. şəkər tozu
2 yarpaq jelatin
kifayət edəcək qədər buzlu su

Halva üçün:
2 st. mandarin şirəsi
2 x.q. şəkər tozu
1 st. manna
1 x.q. kərə yağı
2 mandarin

Hazırlanması:
Jele üçün: mandarin şirəsi və şəkəri qaynadın. Jelatin yarpaqlarını yumşalması üçün buzlu suda isladın. Sudan çıxarın, qarışdıra-qarışdıra mandarin şirəsinə əlavə edib ocaqdan götürün (qaynatmaq olmaz). Bu qarışığı bir qabın içinə 2 sm qalınlıqda tökün. Soyuq yerdə saxlayın.

Halva üçün: mandarin şirəsilə şəkər tozunu qazana tökün, ocağın üstünə qoyun, qaynadın. Başqa qazanda kərə yağını əridin, mannanı əlavə edin, rəngi dəyişənədək qovurun. Qaynayan mandarin şirəsini əlavə edib 30 saniyə qarışdıraraq bişirin. Dilimlənmiş mandarinləri də əlavə edin, ehtiyatla qarışdırın, ocaqdan götürün. Tavanın qapağını örtün, 10 dəqiqə dəmlənsin. Sonra halvanı buluda 2 sm qalınlıqda yayın. 1 saat buz dolabında saxlayın.

Süfrəyə verərkən stəkanın köməyilə halva və jeledən dairələr kəsin, üst-üstə 4 qat düzün, zövqünüzə görə bəzəyin.

Nuş olsun!
Etiketlər: mandarin, əlavə, şirəsi, şəkər, götürün, qarışdıra, tökün, saxlayın, qaynadın, qalınlıqda, ocaqdan, Halva, buzlu, qarışdırın, ehtiyatla, mandarinləri, olsun, qapağını, zövqünüzə, bəzəyin
BİZİ İZLƏYİN