• Gül formalı qurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 11 507

Tarix : 9-08-2017, 17:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd yumurta,
1 st. şəkər tozu,
200 qr xama,
1 st. duru yağ,
1 paket qabartma tozu,
1 paket vanil,
un (apardığı qədər),
damla şokolad

Hazırlanması:
Xəmir üçün qeyd olunmuş ərzaqları bir qaba töküb, yumşaq, ələ yapışmayan xəmir yoğururuq. Qalın yayaraq, gül formalı qurabiyələr kəsirik. Güllərin tam mərkəzinə damla şokolad yerləşdiririk. 180 dərəcə istilikli sobada bişiririk. Soyuduqdan sonra çay və kofe ilə birlikdə süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: damla, paket, şokolad, yerləşdiririk, dərəcə, mərkəzinə, Güllərin, qurabiyələr, kəsirik, istilikli, sobada, sonra, birlikdə, Soyuduqdan, bilərsiniz, bişiririk, formalı, süfrəyə, yoğururuq, qədər
BİZİ İZLƏYİN