• Fanki ponçikləri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12764

Tarix : 3.08.2016, 19:00

Bölmə : Peçenye reseptləri, Xəmir işləri, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
250 ml süd
50 q yaş maya
3 x.q. şəkər tozu
500 q un
1 çimdik duz
1 x.q. vanilli şəkər tozu
5 yumurta
4 x.q. kərə yağı
2 x.q. spirt
mürəbbə

Hazırlanması:
İlıq süddə xırdalanmış mayanı, 1 x.q. un və 1 x.q. şəkər tozunu qarışdırın. Sonra bu qarışığın olduğu qabı başqa, içi qaynar su ilə dolu qaba qoyun (su içinə axmasın). Barata qalxanadək başqa işləri görmək olar.
1 bütöv yumurta və 4 yumurtanın sarısını 2 x.q. şəkər tozu ilə mikserlə möhkəm köpüklənincə çalın.
Unu ləyənə ələyin, duzla vanilli şəkər qatın. Baratanı əlavə edib qarışdırın. Sonra çaldığınız yumurtaları əlavə edib yenə qarışdırın. Yağı əridib soyudun, spirtlə qarışdırıb əlavə edin, əlinizdən qopanadək xəmiri yoğurun. Əgər xəmirin çox bərk olduğunu hiss etsəniz, o zaman 2-4 x.q. isti süd əlavə edin.
Xəmiri kündələyib ləyənə qoyun, üzərinə dəsmal çəkib şişməsi üçün isti yerə qoyun.
Şişəndən sonra masanın üstündə ətləyin, 0,5 sm qalınlıqda oxlovla yayın. Dairlərə kəsib, yanaşı düzün. 10 dəqiqə saxlayın.
Enli tavada bitki yağını qızdırın (yağı tavaya iki barmaq qalınlıqda tökün). Ocağı azaldın. Bir neçə fankini qoyub əvvəl bir, sonra digər üzünü qızardın. Ocağı artırmaq lazım deyil. Vam odda fankilərin içi yaxşı bişir. Bişmiş fankiləri kağız salfetin üstünə düzüb yağını çəkməsini gözləyin.
Konditer şprisinə mürəbbə doldurub fankilərin içinə azca yeridin. Üzərinə isə şəkər pudrası səpin.

Fanki ponçikləri resepti - FOTO RESEPT

Fanki ponçikləri resepti - FOTO RESEPT

Fanki ponçikləri resepti - FOTO RESEPT

Fanki ponçikləri resepti - FOTO RESEPT

Fanki ponçikləri resepti - FOTO RESEPT

Fanki ponçikləri resepti - FOTO RESEPT

Fanki ponçikləri resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, əlavə, qarışdırın, qoyun, başqa, yağını, Ocağı, içinə, fankilərin, sonra, vanilli, ləyənə, Sonra, qalınlıqda, yumurta, mürəbbə, tavaya, qızdırın, barmaq, qoyub
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN