• Cevizli qızılgül resepti

Reseptin məlumatları Baxış sayı: 17 638

Tarix : 30-10-2014, 10:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1 st. manna yarması
1 st. bitki yağı
130 q kərə yağı
0,5 st. qatıq
vanil
1 yumurta
0,5 paket qabartma tozu
duz (zövqə görə)
qoz
1 st. su
2 st. şəkər tozu
1 mandarinin şirəsi

Hazırlanması:
Kərə yağını əridin, içinə manna töküb yaxşıca qarışdırın. Qatıq əlavə edin. duz, qabartma tozu, vanil, yumurta da vurub yaxşıca çalın. Unu da əlavə edib qarışdırın.

Xəmiri yayın. Stəkanın köməyilə çoxlu dairələr kəsin. Bunlar qızılgüllərin ləçəkləri olacaq. 4 dairəni götürüb biri yarısınadək o birinin üstünə çıxmaqla sıraya düzün. Üstdəki dairənin ortasına qoz ləpəsinin 1/4-ni 2 ədəd ard-arda olmaqla uzunasına yerləşdirin, sonra isə elə üstdəki dairədən başlamaqla bükün. Alınan borucuğu bıçaqla ortadan iki yerə bölün - iki "qızılgül" alınacaq.

(Bunu başqa cür də edirlər: dairələri iri kəsir, bir dairəni dörd tərəfdən çərtir, ortasına xırdalanmış ceviz tökür və ləçəkləri ortaya doğru bükürlər).

200 dərəcə qızdırılmış sobada, qızılı rəng alanadək bişirin.
Qızılgüllər bişənədək sirop hazırlayın. Bunun üçün şəkər tozunu mandarin şirəsi ilə qarışdırıb şəkər tozu əriyənədək bişirin.

Bişmiş qızılgülləri sobadan çıxarın, üzərinə sirop gəzdirib bir müddət saxlayın.

Nuş olsun!
Etiketlər: şəkər, yaxşıca, ləçəkləri, şirəsi, qarışdırın, əlavə, dairəni, bişirin, sirop, ortasına, vanil, yumurta, manna, qabartma, ceviz, bıçaqla, tökür, borucuğu, dərəcə, bükürlər
BİZİ İZLƏYİN