• Sulu köfte resepti

Reseptin məlumatları Baxış sayı: 15 189

Tarix : 19-08-2017, 19:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
Köfte üçün:
300 qr dana əti
,1 ədəd yumurta ,
1 ədəd soğan
,cəfəri ,duz , istiot

Digər ərzaqlar:
1 x.q. tomat pastası
,2 ədəd kartof,
1 ədəd kök,
2 ədəd rəngli bibər ( sarı, qırmızı ),
1 ədəd soğan,
100 qr yaşıl noxud,
duz,
istiot,
pul bibər,
yağ

Hazırlanması:
İlk öncə əti ətçəkən maşında çəkib, üzərinə rəndələnmiş soğan, doğranmış cəfəri, yumurta, duz, istiot əlavə edib, qarışdırırıq. Hazırladığımız qarışımdan kiçik hissələr ayırıb, əlimizlə yumru formaya salıb, yağda qızardırıq.
Digər tərəfdə qazana yağ əlavə edib, soğan qovururuq. Üzərinə tomat pastası tökürük və qovurmağa davam edirik. Ardından kartof, kök, bibər, qızartdığımız küftələr, duz, istiot, pul bibər də əlavə edib, 5-10 dəq qovururuq. Daha sonra yaşıl noxud, 2 st qaynadılmış su tökürük və orta odda tərəvəzlər bişənəndək bişiririk.
*Qeyd. Yeməyi çörəklə və ya plov, makaron, qarabaşaq yeməklərinin yanında servis etmək olar.

Nuş olsun!
Etiketlər: istiot, bibər, əlavə, soğan, yaşıl, noxud, kartof, tökürük, Digər, qovururuq, yumurta, tomat, Ardından, qızartdığımız, sonra, edirik, küftələr, davam, pastası, Üzərinə
BİZİ İZLƏYİN