• Xəşil resepti

Reseptin məlumatları Baxış sayı: 45 098

Tarix : 7-08-2015, 10:00

Bölmə : Sulu yeməklər / Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
3 su stəkanı xəşillik bulğur ( yəni çox incə çəkilmiş, döyülmüş incə bulgur) .
1 çay qaşığı duz,
1 qaşıq un,

Üzəri üçün:
1 su stəkanı süzmə qatıq və ya qurut ayranı( sarmısaqlı və ya sarımsaqsız )
3 yemək qaşığı əridilmiş kərə yağı və ya marqarin,

Hazırlanması:
Xəşillik bulğuru yuduqdan sonra suyunu süzün.
Bir qazana yığın.
Üstünü örtə biləcək qədər su əlavə edib, duzunu əlavə edin.
Bulğur yaxşıca yumşalana qədər bişirin
Tam bişənə yaxın unu da əlavə edib möhkəm qarışdırın ki ,bir yerdə qalmasın.
Unun iyi çəkiləndən sonra ocağı söndürün.
Sonra geniş bir servis tabağına bişən xəşili yığın.
Bir qaşıq yardımıyla düzəldib ortasını çuxurlaşdırın.
İstəyə görə bu çuxura əridilmiş yağı tökün.
Xəşilin ətrafına sarımsaqlı və ya sarımsaqsız ayranı tökün.
Bunlardan sonra xaşılı isti halda servis edin.
Qeyd: Xəşil, bu reseptlə qədim Ağbaba mahalında hazırlanırdı.

Nuş olsun!
Etiketlər: əlavə, sonra, əridilmiş, sarımsaqsız, qədər, servis, ayranı, yığın, tökün, stəkanı, qaşığı, qaşıq, bişən, mahalında, olsun, yardımıyla, tabağına, hazırlanırdı, xəşili, geniş
BİZİ İZLƏYİN