• Balıq bozbaşı resepti

Reseptin məlumatları Baxış sayı: 13 815

Tarix : 27-03-2017, 21:00

Bölmə : Sulu yeməklər / Balıq yeməkləri / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
750 q balıq (nərə, yaxud başqa sevdiyiniz balıq)
2 kartof
3 baş soğan
5 alça qurusu
1 x.q. nar şirəsi (yaxud limon şirəsi)
8 dənəvər istiot
keşniş (yaxud cəfəri)

Hazırlanması:
Balığı təmizləyib doğrayın. Üzərinə nar, yaxud limon şirəsi töküb 10 dəqiqə saxlayın.

Soğanı xırda doğrayın. Kartofu dilimləyin. Alçaları iki bölüb dənəsini çıxarın.

Ağzıgeniş saxsı küpəyə (yaxud da iri çini kasaya) lay-lay soğan + kartof + balıq + alça + soğan + kartof olmaqla düzün. Ərzaq küpənin ağzından 3-5 sm aşağıyadək doldurulmalıdır. İstiot dənələri və doğranmış göyərti səpin, duz vurun.

Qabı dərin, içində qaynar su olan qazana qoyub ocağın üzərinə qoyun (su qaynayanda küpənin (kasanın) içinə tökülməsin). Küpənin ağzını örtmək lazım deyil, qazanın ağzına isə yaş dəsmal çəkin. Vam odda 4-5 saat bişirin.

İki saat sonra qazana əlavə su tökə bilərsiniz.

Nuş olsun!
Etiketlər: yaxud, soğan, şirəsi, kartof, balıq, doğrayın, qazana, limon, küpənin, qaynar, qoyun, qoyub, ocağın, üzərinə, dərin, dənələri, göyərti, qaynayanda, səpin, doğranmış
BİZİ İZLƏYİN