• Nərə balığından satsivi resepti

Reseptin məlumatları Baxış sayı: 16 346

Tarix : 18-08-2014, 08:00

Bölmə : Sulu yeməklər / Balıq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq nərə balığı
3 yumurtanın sarısı
təzə üyüdülmüş qara istiot
qırmızı acı istiot
1 çimdik üyüdülmüş keşniş toxumu
100 q cəfəri
4-5 ortaboy baş soğan
100 q təzə kəklikotu
0,5 st. bəyaz üzüm sirkəsi
1,5-2 st. təmizlənmiş qoz
1 ç.q. üyüdülmüş zəfəran
2-3 iri diş sarımsaq
2 x.q. kərə yağı
duz

Hazırlanması:
Balığın dərisini çıxarın, bir qazana qoyub üstünə 1,5 l soyuq su tökün, duz vurun. Ocağın üstünə qoyun. Qaynara düşəndən sonra 20 dəqiqə bişirin. Sonra qazandan çıxarıb soyudun, tavada kərə yağında hər üzünü 3-5 dəqiqə qızardın. Balıq bulyonunu da soyudun, cunadan süzün və üzərində piy qatı əmələ gələnədək soyuducuda saxlayın.

Qoz, sarımsaq və zəfəranı blenderdə xırdalayın. Bir kasaya qoyub yağını sıxın. Ayrıca qaba qoyun.

Keşniş toxumu, qara və qırmızı istiotu, xırda doğranmış cəfəri və kəkotunu, bir qədər duzu həvəngdəstədə eynicinsli kütlə alınanadək döyün.

Buraya döydüyünüz qozu, sirkəni, soyuq balıq bulyonunun üzərindəki yağı da əlavə edib qarışdırın.

Balıq bulyonunu yenə ocağın üstünə qoyub qaynadın. Soğanı xırda doğrayıb qaynayan bulyona əlavə edin. Qozlu qarışığa bulyondan bir qədər əlavə edib qarışdırın, sonra qazana töküb daim qarışdıraraq daha 5 dəqiqə bişirin.

Sousu ocaqdan götürün. Yumurta sarılarını çalın. Qaynar sousu qarışdıra-qarışdıra yumurta sarılarını əlavə edin.

İri buluda balıq tikələrini düzün, üstünə qaynar sous töküb azca soyumasını gözləyin. Sonra isə üzərinə qoz yağını gəzdirin.

Nuş olsun!
Etiketlər: üstünə, əlavə, qoyub, dəqiqə, üyüdülmüş, sonra, qarışdıra, balıq, sarımsaq, töküb, qazana, qədər, qarışdırın, soyuq, sarılarını, bişirin, qırmızı, soyudun, istiot, Balıq
BİZİ İZLƏYİN