• Mirvariyə bənzəyən soğan resepti

Reseptin məlumatları Baxış sayı: 13 509

Tarix : 22-01-2016, 23:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
(0.5 litrlik iki banka üçün)
1 kq xırda soğan (arpacıq)
1 st təzə, yaxud dondurulmuş gilənar
yarım dəstə cəfəri
10 ədəd mixək
10 ədəd qara dənəvər istiot

marinad:
1 l su
4 x.q. şəkər tozu
2 x.q. duz

Hazırlanması:
Soğanın üstünə qaynar su tökün, sonra dərhal soyuq suya salın. Proseduru təkrar edin (bu, soğanın qabığının asanlıqla çıxması üçündür). Təmizlədikdən sonra başlarını da kəsin, təmiz bankalara yığıb ara-bərədə gilənar səpin. İstiot, mixək və cəfəri də əlavə etməyi unutmayın.

Marinad üçün gərəkli ərzağı qaynadın. Bankalardakı soğanla gilənarın üstünə tökün. 5 dəqiqə saxlayın. Yenidən marinadı qaytarıb qazana süzün, bir daha qaynadın, yenidən bankalardakı soğanın üstünə tökün. Bankaların qapağını bağlayın, tərs çevirin, büküb bu vəziyyətdə 1 sutka saxlayın. Sonra soyuq yerə qoyun.

Nuş olsun!
Etiketlər: tökün, üstünə, qaynadın, mixək, soğanın, saxlayın, soyuq, sonra, cəfəri, gilənar, dəqiqə, gilənarın, əlavə, İstiot, Yenidən, etməyi, soğanla, ərzağı, Marinad, unutmayın
BİZİ İZLƏYİN