• Soğan turşusu resepti

Reseptin məlumatları Baxış sayı: 6 535

Tarix : 28-06-2017, 19:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- 2 ədəd soğan,
- 1 stəkan üzüm sirkəsi,
- 2 stəkan qaynadılıb soyudulmuş su,
- 1 çay qaşığı keşniş toxumu,
- 1 çay qaşığı xardal toxumu,
- 2 yemək qaşığı duz,
- 1 çay qaşığı limon duzu.

Hazırlanması:
Soğanları halqa şəklində doğrayın. Şüşə qabın içərisinə suyu və duzu qoyub soğanları əlavə edin. 1 saat saxlayın. Başqa bir qabın içinə sirkəni, suyu, duzu, limon duzunu əlavə edin və əridin. Bankanın içinə soğanları, keşniş və xardal toxumunu qoyun. Daha sonra hazırladığınız sirkəli suyu soğanların üzərinə əlavə edin. Soğan turşunuz 1 saat sonra yeməyə hazır olacaq.

Nuş olsun!
Etiketlər: qaşığı, əlavə, limon, sonra, soğanları, qabın, toxumu, xardal, stəkan, içinə, keşniş, Bankanın, hazırladığınız, qoyun, toxumunu, sirkəli, Soğan, hazır, olacaq, yeməyə
BİZİ İZLƏYİN