• Ürək formalı ləziz bulkalar resepti

Reseptin məlumatları Baxış sayı: 12 346

Tarix : 18-08-2017, 19:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
1 st. ilıq süd (və ya qatıq),
1 st. ilıq su,
1 st. duru yağ,
2 yumurta ağı (sarısı üzəri üçün),
2 x.q. şəkər tozu,
yarım ç.q. duz,
maya,
6-7 st. un

İçlik:
şəkər tozu və qoz qarışımı,
şokolad yağı,
cem

Hazırlanması:
İlıq süd, su, duru yağ, yumurta ağı, şəkər tozu, duz və mayanı ardıcıllıla töküb, mikserlə çalırıq. Şəkər tozu əridikdən sonra un əlavə edib, xəmir yoğururuq. Xəmiri acıması üçün 1 saat isti yerdə gözlədiririk.
Xəmir hazır olduqdan sonra bərabər ölçülü kündələr tuturuq. Hər bir kündəni yayıb, üzərinə içlik çəkirik və əlimizlə forma verərək soba qabına düzürük. Qabda 5 dəqiqə gözlətdikdən sonra üzərinə yumurta sarısı çəkib, mərkəzinə çörək otu səpirik. Əvvəlcədən qızdırılmış 170 dərəcə istilikli sobada üzəri qızarana kimi bişiririk.

Nuş olsun!
Etiketlər: sonra, yumurta, şəkər, sarısı, üzərinə, Xəmir, üzəri, qabına, düzürük, dəqiqə, verərək, Qabda, içlik, yayıb, çəkirik, əlimizlə, forma, mərkəzinə, istilikli, dərəcə
BİZİ İZLƏYİN