• Kələmli kulebyaka resepti

Reseptin məlumatları Baxış sayı: 15 469

Tarix : 16-10-2014, 20:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q un
100 q süd
1 st. su
2 yumurta
50 q kərə yağı
1 x.q. şəkər tozu
0,5 ç.q.duz
7 q quru maya

İç üçün:
400 q ağ kələm
1 soğan
1 bişmiş yumurta (zövqə görə)
bitki yağı

Hazırlanması:
Mayanı isti süddə, şəkər tozu ilə birlikdə əridin. 15-20 dəqiqə gözləyin. Yumurtanı azca çalın, ərinmiş yağ, süd, duz, şəkər tozu ilə süddə əridilmiş maya ilə qarışdırın. Unu bir ləyənə ələyib alınan qarışığı içinə tökün. Xəmir alınandan sonra təxminən 15 dəqiqə də ətləyin.
Üstünü örtüb isti yerə qoyun. təxminən yarım saata gəlməlidir.

Soğan və kələmi xırda doğrayın. Kələmi azca əzin. Bitki yağında soğanı qovurun. Sonra buraya kələmi də əlavə edin. Yarımhazır olanda ocaqdan götürün. İstəsəniz, bişmiş yumurta da əlavə edi biərsiniz.
Xəmiri içində kuleybaka bişirəcəyiniz qabdan bir az iri yayın.
Çox nazık yaymayın (xüsusilə də ortasını). Xəmirin kənarların sinidən çıxmalıdır.

Yaydığınızı siniüə qoyun. İçinə, ortasını boş saxlamaqla, iç qoyun, sonra kənarlarını üstünə qatlayın. Ortadakı boş qalan yerdəki xəmiri bıçaqla bir neçə hissəyə elə bölün ki, bunları kənarlardakı xəmiri üstünə qatlaya biləsiniz (ortadan ayrılan şüalar kimi).

Üstünə yumurta sarısı çəkin, isti yerdə 15 dəqiqə saxlayın. Sonra isə sobada qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: yumurta, dəqiqə, qoyun, şəkər, Sonra, əlavə, kələmi, süddə, ortasını, üstünə, xəmiri, təxminən, bişmiş, sonra, İçinə, Yaydığınızı, siniüə, saxlamaqla, çıxmalıdır, kənarlarını
BİZİ İZLƏYİN