• Hamburq bulkaları resepti

Reseptin məlumatları Baxış sayı: 14 096

Tarix : 28-10-2014, 19:00

Bölmə : Xəmir işləri

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (5 ədəd):
250 q mayalı qat-qat xəmir
1 ç.q. darçın
1 x.q. şəkər tozu

Üzəri üçün:
şəkər pudrası


Xəmirin donunu açın, bir az şişməsini gözləyin.

35x25 sm ölçüdə yayın.

Üzərinə azca soyuq su səpin və şəkər tozuyla qarışdırılmış darçın səpin.

Kiçik tərəfdən etibarən rulet kimi bükün (uzunluğu 25 sm olmalıdır).

Ruleti "tikişi" aşağı olmaqla qoyub 5 sm enində 5 yerə bölün.

Hər hissənin ortasında uzun çubuqla uzunasına çökək açın (taxta qaşığın nazik qulpuyla etmək olar). Qorxmayın, bərk basın: bulkaların qırağı içindən yanlara çıxsın, bir az yuxarı qalxsın.

Bulkaları siniyə düzüb üzərinə dəsmal çəkin, 20 dəqiqə isti yerdə saxlayın.

Sobanı 200 dərəcə qızdırın. Sobanın orta gözündə 20 dəqiqə bişirin.

Nuş olsun!

Etiketlər: şəkər, dəqiqə, darçın, səpin, qırağı, çıxsın, içindən, yanlara, yuxarı, bulkaların, Qorxmayın, qaşığın, taxta, çökək, nazik, qulpuyla, qalxsın, etmək, basın, düzüb
BİZİ İZLƏYİN