• Kartoflu roqalik resepti

Reseptin məlumatları Baxış sayı: 15 944

Tarix : 16-11-2014, 15:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q su və ya süd
2 ç.q. duz
1 ç.q. şəkər tozu
200 q kartof püresi
100 q kərə yağı
1 kq un
küncüt
yumurta

İç üçün:
istənilən ərzaq (pendir, siyənək və ya ton balığı)

Hazırlanması:
Südü qaynadıb soyudun. Azca mayanı isti süddə (suda) şəkər tozu və duz qatmaqla əridin. Kartof püresi, yumurta əlavə edib qarışdırın. Unu az-az səpərək, kərə yağı qataraq xəmir yoğurun. Xəmirin üstünü salfetlə örtüb gəlməsini gözləyin.

Xəmir gələndən sonra 4 hissəyə bölüb, kündələyib 0,5 sm qalınlıqda yayın. Hər belə yuxanı pizza kimi 8 yerə bölün (üçbucaq formasında). Üçbucağın enli yerinə iç qoyub yumurlayaraq bükün, roqalik alınsın.

Yağlanmış siniyə düzün. Azca gəlməsini gözləyin. Üzərinə yumurta çəkib, küncüt səpin. Sobada 180 dərəcədə 30 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: yumurta, gəlməsini, küncüt, gözləyin, püresi, şəkər, formasında, üçbucaq, yerinə, qoyub, bölün, Üçbucağın, yuxanı, kündələyib, bölüb, qalınlıqda, yayın, yumurlayaraq, pizza, bükün
BİZİ İZLƏYİN