• Quba tıxması resepti

Reseptin məlumatları Baxış sayı: 12 466

Tarix : 14-04-2017, 17:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
650 q un
60 q kərə yağı
200 q marqarin(olmasa yenə kərə yağı)
1 stəkan süd
2 yumurta
1 stəkan şəkər tozu
20 q maya
5 q zəfəran, darçın, duz

Hazırlanması:
Qazana yarı su ilə qarışdırılmış süd, süddə açılmış maya, yumurta, yumşaldılmış yağ ya da marqarin, duz tökülüb qarışdırılır, sonra un əlavə edilib xəmir yoğrulur. Xəmir isti yerə qoyulur.

Xəmir gəlincəyə qədər kənarda un , şəkər, ədviyyat, ərinmiş yağ tökülüb dənəvər iç hazırlanır. Xəmir gələndən sonra kündələrə bölünür və 1.5-2 mm qalınlığında yayılıb dürmək kimi bükülür. Sonra tikələrə bölünür ortasına iç qoyulub tıxma (bulka) düzəldilir, 20-25 dəq isti yerə qoyulur. Sonra üzərinə zəfəran suyu tökülmüş yumurta sarısı çəkilir və 160-180 C tempraturda 35-40 dəq bişirilir.

Nuş olsun!
Etiketlər: yumurta, Xəmir, sonra, marqarin, qoyulur, Sonra, zəfəran, bölünür, stəkan, şəkər, tökülüb, tikələrə, dürmək, qalınlığında, yayılıb, ortasına, bükülür, bulka, sarısı, çəkilir
BİZİ İZLƏYİN