• Şor qoğal resepti

Reseptin məlumatları Baxış sayı: 3195

Tarix : 11.04.2017, 16:00

Bölmə : Duzlu xəmir işləri, Digər reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
700q buğa unu
20 q maya
5 q duz
30 q ərinmiş yağ
350 q su

İçlik üçün:
1 ədəd yumurta
20 q ərinmiş yağ
0.1 q sarıkök
0.2 q istiot
1 q duz
100 q buğda unu
0.1 q razyana
0.1 q cirə

Hazırlanması:
Ələnmiş una su, maya və duz qataraq bərk xəmir yoğrulur və acımaq üçün 1-1.5 saatlığa isti (30-35 C tempraturda) yerə qoyulur.

Xəmir gəldikdə 150-200 q-lıq kündələr tutulur və 0.5 mm qalınlığında yayılır. Beləliklə 8-12 yuxa hazırlanır. Bunların hamısının bir üzü yağlanır və üst üstə yığılır. 10X15 sm irilikdə doğranır və burularaq şaquli istiqamətdə 10-12 sm diametrdə və 1.5-2 sm qalınlıqda yastılanır. Sonra papaq kimi düzəldilib içinə 25-30 q içqoyulur, xəmirin qıraqları birləşdirilib hamarlanır, yastı qoğal formasına salınır və üzərinə zəfəranla yumurta sarısı çəkilir və xaş-xaş səpirik, listlərə qoyulub 220 dərəcə qızdırılmış sobada qızaranadək bişirilir. Soyuq və isti havada çay süfrəsinə verilir.

İçlik: Yumurtanın ağı ərinmiş yağla çalınır, sonra döyülmüş razyana, sarıkök, darçın, cirə, istiot, duz və un əlavə edilərək narın dəvər iç əmələ gəlincəyə qədər ovuşdurulur.

Nuş olsun!


Etiketlər: ərinmiş, istiot, Xəmir, sarıkök, razyana, yumurta, İçlik, qoyulub, listlərə, səpirik, dərəcə, qızdırılmış, qızaranadək, çəkilir, sobada, formasına, qoğal, yastı, hamarlanır, bişirilir
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN