• Kağız kababı resepti

Reseptin məlumatları Baxış sayı: 14 562

Tarix : 20-07-2016, 11:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q qiymə
200 q yaşıl noxud
1 kartof
1 yerkökü
1 soğan
1 x.q. zeytun yağı
duz
qara istiot
pul bibər
kəklikotu

Hazırlanması:
Kartof və yerkökünü kubik doğrayın. Qiymə, sürtgəcdən keçirilmiş soğan, düz və ədviyyatı qarışdırıb kiçik küftələr tutun.
Kartof, yerkökü, noxud, duz, ədviyyat və yağı qarışdırın. Yağlı kağızdan A4 formatlı 6 kağız kəsin. Kağızların ortasına kartofla olan qarışığı yerləşdirib üzərinə küftələri düzün. Kağızları boğça kimi qatlayıb tərs çevirin, siniyə düzün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada bişirin.
Süfrəyə isti-isti verin.

Nuş olsun!
Etiketlər: yerkökü, soğan, düzün, noxud, Kartof, yerləşdirib, üzərinə, küftələri, olsun, qarışığı, kartofla, kağız, kəsin, Kağızların, ortasına, Kağızları, boğça, qızdırılmış, verin, Süfrəyə
BİZİ İZLƏYİN