• Moruq mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 3 492

Tarix : 23-11-2018, 12:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : menim_sufrem


Tərkibi:
1 kq moruq,
1.200 kq şəkər tozu,
150 ml su

Hazırlanması:
Öncə şərbəti hazırlayın.Şəkər tam əriyəndən sonra, şərbət qaynayanda məyvələri yuyub əlavə edin. 15-18 dəqiqə gur odda qaynadın. Üzərinə yığılan köpükləri də yığıb ocağı söndürün. Qabın üzərini tənziflə bağlayıb, 3 saat soyumağa qoyun. Sonra qablaşdırın. Bu qədər sadə.
Mürəbbə və cemlərinizi hazirlayarkən bəlkə də köməyinizə çata biləcək, bildiyim bir neçə məlumati da sizlərlə bölüşmək istərdim:
Mürəbbə bişirilən qab alçaq və enli olmalıdır ki, su tez buxarlansın. 2-4 kiloqramlıq ləyənlər daha sərfəlidir. Ondan böyük ləyənlərdə bişirilən moruq və çiyələk kimi zərif murəbbələr əzilir və cemə oxşayır. Mis ləyəndə mürəbbə bişirərkən diqqət vermək lazımdır ki, üstündə yaşıl oksidləşmə ləkələri olmasın və çox təmiz olsun. Mürəbbəni şirə bişirməkdən başlayırlar: ləyənə şəkər və su tökür (şəkərin nisbəti və meyvə hər mürəbbə üçün aşağıda ayrıca göstəriləcəkdir), tam əriyənə qədər qaynadırlar. Sonra şirəni odun üstündən götürüb məyvələri ehmallıca ləyənə tökür, 30-40 dəqiqə yenidən qaynadırlar. İlk 5-10 dəqiqə zəif odda qaynadırlar ki, meyvə çox köpük verməsin, sonra odu artırmaq olar. Mürəbbə bişirilərkən əmələ gələn köpüyü tez-tez dərin boşqaba yığmaq lazımdır, belə ki köpüyün altında yığılan şirəni yenidən ləyənə boşaltmaq mümkün olsun. Köpük qaldıqda mürəbbə sonradan qıcqıra bilər. Mürəbbənin bişdiyini aşağıdakı qaydada təyin etmək olar:
– meyvə və giləmeyvə bişərkən üzə çıxmır və şirənin içində eyni bərabərdə yayılır;
– barmaqlar arasında sıxılan bir damcı şirə barmaqlar aralanarkən qopmur, sap kimi dartılır;
– nəlbəkiyə tökülmüş bir damcı şirə yayılmır, formasin saxlayir.

Nuş olsun!
Etiketlər: meyvə, qaynadırlar, Mürəbbə, dəqiqə, mürəbbə, ləyənə, lazımdır, barmaqlar, qədər, bişirilən, tökür, yığılan, Sonra, yenidən, şirəni, olsun, şəkər, məyvələri, sonra, moruq
BİZİ İZLƏYİN