Tərkibi:6 iri naringi
500 q şəkər tozu
darçın budağı
Hazırlanması:Naringilərin qabığını soyun, dənələrini çıxarın. Emallı qaba yığın, üstünə 500 q şəkər tozu səpib bir gecə saxlayın. 1 mandarinin sedrasını xırdalayın, sabahısı gün naringilərə əlavə edin. Vam ocağın üstə qoyun. 20 dəqiqə sonra darçın budağını içinə salın. Daha 20 dəqiqə bişdikdən sonra darçın budağını çıxarın, mürəbbəni ocaqdan götürün, 1 saat soyudun, bankalara yığın.
Əgər xırda naringidən müəbbə hazırlayırsınızsa, onda hər bir meyvənin içinə bir mixək batırın, sonra yuxarıda göstərilən qaydada bişirin (darçınsız).
Nuş olsun!
Etiketlər: darçın, sonra, şəkər, çıxarın, yığın, dəqiqə, budağını, içinə, soyudun, bankalara, xırda, bişdikdən, naringidən, mürəbbəni, ocaqdan, götürün, meyvənin, qaydada, bişirin, darçınsız