• Ərik mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 1515

Tarix : 2.12.2020, 12:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq ərik
1 kq şəkər tozu
1 stəkan su
1 çay qaşığı çay sodası
Limon duzu (bir çimdik)

Hazırlanması:
1. Şəkər tozu ilə suyu qarışdırıb odun üzərinə qoyun.
2. Ərikləri təmizləyin və qabığını soyun. Onu asanlıqla etmək üçün ərikləri 1-2 dəqiqə qaynar suda saxlayın, sonra çox rahatlıqla qabıqlarını soymaq olacaq. Sonra ərikləri ortadan bölün, tumlarını çıxarın.
3. 1 litr suya 1 çay qaşığı soda töküb qarışdırın və əriklərin üzərinə gəzdirin. 5 dəqiqə saxladıqdan sonra ərikləri yuyun və dəsmal üzərinə sərin ki, qurusun.
4. Meyvələri qaynayan şərbətin içinə tökün. Qaynara düşən kimi mürəbbəni kənara qoyun, soyuduqdan sonra yenidən odun üzərinə qoyun. Bu prosesi bir neçə dəfə – mürəbbə tam hazır olana kimi edin.
5. Əriklərin rənginin açıq qızıla rəngə çalması və şirənin qatılaşıb qaşıqdan axması mürəbbənin hazır olduğunun əlamətidir.
6. Sonda mürəbbə qıcqırmasın və ya xarlanmasın deyə azca limon duzu qatın.

Nuş olsun!


Etiketlər: üzərinə, ərikləri, sonra, qoyun, mürəbbə, dəqiqə, hazır, qaşığı, prosesi, Əriklərin, yenidən, olana, mürəbbəni, içinə, şərbətin, qaynayan, tökün, Qaynara, kənara, rənginin
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN