• Göy pomidor mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 19 633

Tarix : 16-10-2014, 14:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,5 kq göy pomidor
0,5 vanil budağı
1 limonun sedrası
600 q şəkər tozu

Hazırlanması:
Pomidorları yuyub doğrayın. Qazana yığıb üstünə şəkər tozu səpin. Ən azı 8 (daha yaxşısı 12) saat saxlayın. Sonra qazanı ocağın üstünə qoyun, limon sedrasını əlavə edib qaynadın. 10 dəqiqə qaynayandan sonra ocağı söndürün. 6 saat saxlayın. Sonra yenə ocağın üstə qoyun, vanil əlavə edin, qaynara düşəndən sonra 5-10 dəqiqə qaynadın. Vanili çıxarın. Mürəbbəni 12 saat saxlayın. Sonra yenidən ocağın üstünə qoyub limon şirəsi əlavə edin, 30-60 dəqiqə bişirin. Ya diri-diri, ya da blenderdən keçirib bankalara yığın.

Nuş olsun!
Etiketlər: ocağın, Sonra, saxlayın, üstünə, əlavə, dəqiqə, sonra, qaynadın, qoyun, limon, şəkər, vanil, Mürəbbəni, yenidən, çıxarın, düşəndən, söndürün, qaynara, Vanili, qoyub
BİZİ İZLƏYİN