• Badımcan mürəbbəsi (marmelad) resepti

Reseptin məlumatları Baxış sayı: 46752

Tarix : 16.10.2014, 16:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 kq xırda badımcan
9 st. su
4,5 kq şəkər tozu
1 ç.q. limon turşusu
1 ç.q. soda
mixək, hil, darçın və s. xoşunuza gələn ədviyyat

Hazırlanması:
Badımcanları yuyub qabığını soyun. Sonra dərhal sodalı suya qoyun. 4 saat saxlayıb yuyun, çəngəllə deşin.

Qazanda su qaynadın. Badımcanları qaynayan suya salıb təxminən 5 dəqiqə bişirin. Sonra aşsüzənə yığıb soyudun.

Su və şəkər tozundən şərbət bişirin. Badımcanları ləyənə yığıb üstünə şərbəti tökün. Yarım saat bişirin. Ədviyyatı bez torbaya doldurub mürəbbənin içinə salın. Mürəbbəni ocaqdan götürüb tam soyudun. Sonra limon turşusu əlavə edib yenə qaynadın. Bu qayda ilə badımcanları tam hazır olanadək bişirin: badımcanlar şəffaf, suyu isə qəhvəyi olmalıdır.

Ədviyyat dolu torbanı mürəbbənin içindən çıxarın. Badımcanları sterilizə edilmiş bankalara yığın, üstünə şərbət töküb ağzını bağlayın.

Nuş olsun!


Etiketlər: bişirin, Badımcanları, Sonra, qaynadın, soyudun, mürəbbənin, üstünə, yığıb, şərbət, şəkər, limon, turşusu, əlavə, badımcanları, olanadək, hazır, qayda, götürüb, xırda, doldurub
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN