• Əncir mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 233 781

Tarix : 11-07-2014, 00:13

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq əncir
1 kq şəkər tozu
0,25 stəkan su
bir az limon turşusu

Hazırlanması:
Mən əncirin qabığını soyuram, amma qabığlı da mürəbbə bişirmək olar.

Qabığından soyulmuş əncirin üstünə şəkər tökülüb bir neçə saat saxlanılır.

Bu müddətdə əncir şirəsini buraxır. Sonra zəif alov üzərinə qoyulur ¼ stəkan su (hər 1 kq-ya) tökülür. Bir saatadək bişirilir. Yaxşı olar ki üstündək yığılan kəfi tullayasız.

Hazır olana yaxın limon turşusu ya limon şirəsi əlavə edilir (amma bu mütləq deyil).

Nuş olsun!
Etiketlər: limon, əncirin, əncir, turşusu, şəkər, stəkan, yığılan, üstündək, tullayasız, Yaxşı, tökülür, Hazır, saatadək, bişirilir, əlavə, mütləq, deyil, olsun, edilir, qoyulur
BİZİ İZLƏYİN