• Kivi mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 18 659

Tarix : 27-07-2014, 03:57

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq kivi
1 kq şəkər tozu
2 ədəd limon
250 q. su

Hazırlanması:
Kivinin qabığını soyub dilimləyin. Enli ləyənə su töküb ocağın üstünə qoyun, şəkər tozu əlavə edin, qarışdıraraq əridin. Su qaynayıb şəkər tozu əriyən kimi qazı söndürün. Kivi dilimlərini siropun içinə düzüb bir gecə saxlayın. 2 limonun şirəsini çıxararaq buraya əlavə edin. Sabahı gün ləyəni çox iti odun üzərinə qoyun. Qaynara düşən kimi ocağı azaldıb 15 dəqiqə bişirin. Sonra qazı söndürüb axşama kimi mürəbbəni saxlayın. Axşam və o biri gün səhər proseduru eynilə təkrar edin. Belə edəndə dilimlər bütöv qalır.

Nuş olsun!
Etiketlər: şəkər, saxlayın, qoyun, əlavə, azaldıb, dəqiqə, bişirin, Sonra, ocağı, düşən, ləyəni, üzərinə, Qaynara, olsun, söndürüb, axşama, eynilə, təkrar, edəndə, dilimlər
BİZİ İZLƏYİN