• Albuxarılı-zirincli plov resepti

Reseptin məlumatları Baxış sayı: 15 989

Tarix : 15-09-2014, 23:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,5 st. uzun düyü
500 q dana əti
3 yerkökü
3 diş sarımsaq
1 iri baş soğan
8-10 ədəd dənəsiz albuxarı
zirinc - zövqə görə
duz, istiot - zövqə görə

Hazırlanması:
Əti doğrayın. Qazana bitki yağı töküb əti qızarınca qovurun. Xırda doğranmış soğan və sürtgəcdən keçirilmiş yerkökü əlavə edin. Soğan da qızılı rəng alanda doğranmış albuxarı, zirinc, duz, istiot, yuyulmuş düyü və onun üstünə çıxanadək su əlavə edin. Düyü suyu bir az özünə çəkəndən sonra sarımsaq dişlərini uzunasına doğrayıb düyünün üstünə batırın, azca duz səpin. Qazanın qapağını örtüb vam odda 40-50 dəqiqə dəmləyin. Bu müddətdə qapağı açmayın.

Nuş olsun!
Etiketlər: zövqə, doğranmış, üstünə, əlavə, zirinc, istiot, yerkökü, albuxarı, sarımsaq, soğan, səpin, batırın, düyünün, uzunasına, sonra, dişlərini, doğrayıb, dəqiqə, qapağı
BİZİ İZLƏYİN