• Qızılbalıq resepti

Reseptin məlumatları Baxış sayı: 14 103

Tarix : 2-11-2014, 11:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq qızılbalıq (qorbuşa)
limon
6-7 pomidor
4 ədəd qırmızı və sarı bolqar bibəri
10 diş sarımsaq
100 q təzə şampinyon
cəfəri

Sous üçün:
1/4 st. bitki yağı
1/4 st. su
5 diş sarımsaq
1,5 ç.q. duz
1/2 ç.q. qara istiot
1/4 ç.q. zərdəçal (kurkuma)
1 ç.q. şirin pul bibər (paprika)

Hazırlanması:
Balığın dərisini soyun, yuyun, qurudun və 6 hissəyə bölün.
Pomidorları iri halqalara doğrayın, üzərinə 1/4 ç.q. duz səpin.
Bibərləri yarımhalqa doğrayın.
Göbələkləri yuyub yarıya bölün.
Sarımsaqları iri doğrayın.

Dərin tavaya altdan pomidor, sonra lay-lay bibər, sarımsaq, balıq tikələri, limon dilimləri (hər tikənin üstünə birini, yaxud sadəcə, şirəsini sıxın), göbələk düzün. Sous üçün olan ərzaqları qarışdırıb üzərinə tökün. Cəfərini doğrayıb üstünə səpin. İti odda qaynara düşüncə bişirin, sonra ocağı azaldıb 30 dəqiqə ağzı bağlı olaraq bişirin. Hazır olana yaxın balığın suyu qalmamalıdır.

Nuş olsun!
Etiketlər: doğrayın, sarımsaq, bibər, bişirin, səpin, üstünə, sonra, limon, bölün, üzərinə, pomidor, düzün, göbələk, sıxın, sadəcə, dilimləri, tikələri, balıq, tikənin, birini
BİZİ İZLƏYİN