• Sobada balıq resepti

Reseptin məlumatları Baxış sayı: 83 926

Tarix : 3-11-2014, 22:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox


Tərkibi:
500 q. balıq
1 dəstə cəfəri
3 ədəd pomidor
2 ədəd baş soğan
duz
bitki yağı

Hazırlanması:
Soğanın qabığını soyub yuduqdan sonra iki bölüb nazik doğrayırıq. Qaba tökəndə əlimizlə az əzirik.
Balığı təmizləyib yuyub balaca tikələrə böldükdən sonra duzlayıb soğanın üstünə yığırıq.
Cəfərini təmizləyib yuduqdan sonra xırda doğrayıb balığın üstünə səpirik.
Pomidoru yuyub halqa doğrayırıq və cəfərinin üstündən yan-yana yığırıq.
Üstünə duz səpirik. Yağı əlavə edirik.
170 dərəcə qızdırılmış sobada suyu çəkilib yağa düşənə qədər bişiririk.

Nuş olsun!
Etiketlər: sonra, doğrayırıq, səpirik, yuduqdan, yuyub, üstünə, təmizləyib, yığırıq, Cəfərini, cəfərinin, xırda, halqa, doğrayıb, Pomidoru, balığın, Üstünə, düşənə, qədər, bişiririk, olsun
BİZİ İZLƏYİN