Tərkibi:1 kq ət
500 q şampinyon
250 q ərinmiş pendir
1 x.q. tomat pastası
ədviyyat
Hazırlanması:Əti 3 sm ölçüdə kubik doğrayın. Vam odda tavada bişirin. Göbələkləri yuyub qazana yığın, qaynar su töküb 10 dəqiqə qaynadın. Bişmiş göbələkləri soyudub doğrayın, ət olan tavaya əlavə edin, qızardın. Duz, istiot, ədviyyat, tomat pastası əlavə edin. Hazır olana yaxın ərinmiş pendir əlavə edib əriyənədək qarışdırın.
Süfrəyə verərkən yanında qarnir kimi düyü verə bilərsiniz.
Nuş olsun!
Etiketlər: əlavə, pastası, ədviyyat, tomat, doğrayın, ərinmiş, pendir, Hazır, olana, istiot, qızardın, tavaya, olsun, yaxın, qarışdırın, qarnir, bilərsiniz, yanında, soyudub, Süfrəyə