• Tortilla resepti

Reseptin məlumatları Baxış sayı: 14 337

Tarix : 18-11-2014, 23:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5-6 orta kartof
100 q korizo (İspaniyada kolbasa növu, ovçu kolbasası ilə əvəz etmək olar)
5 yumurta
250 q süd
duz
istiot

Hazırlanması:
Kartofun və kolbasanın qabığını soyub həlqə doğrayın. İkisini də zeytun yağında ağzı bağlı qabda hazır olana qədər bişirin. Yumurtanı südlə qarışdırın, duz, istiot vurun.
Kartofla kolbasanı azca dərin siniyə yığın. Yaxşı olar ki, bunun üçün saxsı qab götürəsiniz. Südlü-yumurtalı qarışığı üstünə tökün. Sobada 180 dərəcədə yarım saat bişirin.

Nuş olsun!
Etiketlər: istiot, bişirin, Yaxşı, siniyə, yığın, dərin, kolbasanı, südlə, Yumurtanı, qarışdırın, vurun, Kartofla, bunun, götürəsiniz, Sobada, dərəcədə, yarım, olsun, tökün, üstünə
BİZİ İZLƏYİN