• Arnavut ciyəri resepti

Reseptin məlumatları Baxış sayı: 14 764

Tarix : 11-03-2016, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 4-6


Tərkibi:
1 qoyun ciyəri
1 st. un
1 iri baş soğan
0,5 dəstə cəfəri
1 x.q. qırmızı istiot (üyüdülmüş)
1 ç.q. duz

Hazırlanması:
Ciyəri quşbaşı doğrayın. Unu bir boşqaba tökün. Doğradığınız ciyəri hərtərəfli una batırın. Sonra aşsüzənə və ya ələyə yığıb ələyin. Qaynar yağa salın, qırmızı istiot və duz da əlavə edib qızardın.

Soğanı yarımhalqa doğrayın, azca duz, limon şirəsi, istiot vurub qarışdırın. Süfrəyə ciyər qovurması ilə birlikdə verin.

Nuş olsun!
Etiketlər: istiot, qırmızı, ciyəri, doğrayın, limon, şirəsi, Soğanı, yarımhalqa, qızardın, Qaynar, salın, əlavə, qarışdırın, birlikdə, verin, olsun, qovurması, ciyər, ələyin, Süfrəyə
BİZİ İZLƏYİN