• Zeytun yağlı bibər dolması resepti

Reseptin məlumatları Baxış sayı: 16 923

Tarix : 22-03-2016, 14:00

Bölmə : Quru yeməklər / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 6-8


Tərkibi:
10 dənə dolmalıq bibər,
1.5 su stəkanı düyü,
2 dənə quru soğan,
1 şirniyyat qaşığı toz şəkər,
1 şorba qaşığı quş üzümü,
1 şorba qaşığı şam fıstığı,
2 dənə pomidor
Yarım dəstə şüyüd,
1 su stəkanı zeytun yağı,
2,5 su stəkanı isti su,
Duz ,
İstiot ,
Nanə

Hazırlanması:
Düyünü ilıq suda 10 dəqiqə gözlədin və yuyub süzün.
Bibərlərin sap hissəsini qapaq şəklində kəsib toxumlarını çıxardın.
Soğanları soyub doğrayın.
Pomidorları soyub küp -küp doğrayın .
Şüyüdü incə-incə doğrayın.
Soğanı bir tavaya alıb üzərinə bir az duz və toz şəkər əlavə edib yarım stəkan zeytun yağında qovurun.
Düyünü də töküb qarışdırın.
2-3 dəqiqədən sonra ocaqdan alın.
Doğranmış pomidor, şüyüd, quş üzümü, fıstıq, nanə, duz və istiotu da düyünün içinə qatıb qarışdırın.
Qarışığı bibərlərin içinə doldurub qazana düzün.
Üzərinə kəsdiyiniz qapaqlarını qapadın.
Qalan zeytun yağını və suyunu da tökərək vam odda bişirin.
Zeytun yağlı bibər dolması ilıq və ya soyuq halda da servis etmək olar.

Nuş olsun!
Etiketlər: bibər, zeytun, stəkanı, doğrayın, qaşığı, yağlı, dolması, Zeytun, üzümü, içinə, pomidor, şüyüd, Düyünü, şorba, qarışdırın, soyub, şəkər, düyünün, istiotu, yagli
BİZİ İZLƏYİN