• Toyuq qovurması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 53 033

Tarix : 16-09-2015, 19:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
7 tikə toyuq əti
7 ədəd kartof
1 ədəd böyük soğan
kərə yağı
yarım ç/q tomat pastası
yarım ç/q bibər pastası
yarım dəstə keşniş
yarım dəstə şüyüd
duz

Hazırlanması:
1. Soğan təmizlənir, xırda doğranılır.

2. Tavaya kərə yağı tökülür, soğan biraz qızardılır.

3. Toyuq yaxşı yuyulub soğana əlavə edilir.

4. Toyuq biraz qızardıqdan sonra yeməyə duz vurub, tomat pastası, bibər pastası əlavə edilir.

5. Toyuq, tomat pastası və bibər pastası birlikdə 5 dəqiqə bişdikdən sonra üzərinə soyulmuş-doğranılmış kartof əlavə edilir.

6. Kənarda su qaynadılır və yeməyə əlavə edilir (yeməyin üsü örtülənə kimi su tökülür).

7. Yeməyin kartofu bişdikdə içindən 3-4 ədəd doğranılmış kartof götürülür, kənarda əzilir və yeməyə əlavə olunub qazdan götürülür (bu zaman yemək daha qatı və dadlı olur).

8. Yemək süfrəyə verərilərkən üzərinə doğranmış keşniş, şüyüd tökülür.

Toyuq qovurması resepti - FOTO RESEPT

Toyuq qovurması resepti - FOTO RESEPT

Toyuq qovurması resepti - FOTO RESEPT

Toyuq qovurması resepti - FOTO RESEPT

Toyuq qovurması resepti - FOTO RESEPT

Toyuq qovurması resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: pastası, əlavə, yarım, edilir, bibər, yeməyə, tomat, tökülür, Toyuq, kartof, şüyüd, götürülür, sonra, biraz, toyuq, keşniş, soğan, doğranılmış, üzərinə, dəstə
BİZİ İZLƏYİN