• Nar qovurması resepti

Reseptin məlumatları Baxış sayı: 11401

Tarix : 11.03.2016, 17:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4




Tərkibi:
1 kilo sümüklü və ya sümüksüz qoyun əti – orta tikələrə doğranmış
təxminən 6 x. q. yağ
1 ədəd iri baş soğan – uzunlamasına yarı bölün sonra nazik-nazik doğrayın (aşın qarasında olduğu kimi)
4 stəkan təmizlənmiş şabalıd
duz
istiot
bir çimdik zəfəran tozu
2 x. qaşığı qaynar su
2 stəkan turşməzə nar dənəsi (Gülöyşə narı yaxşı olardı)

Hazırlanması:
Əti bir qazana qoyub, qazanı suyla doldurun. Əti qaynadın və içinin qırmızısı gedənədək suda bişirin. Bu müddət ərzində kəfini yığın. Ətin suyunu süzüb bir kanara qoyun. Əti ayrı qaba qoyun.
Tavada (kənarları bir az hündür olsun) yağı qızdırıb soğanı bir az saralanadək qızardın. Əti soğana əlavə edib, tez tez qarışdıra-qarışdıra bərabər qızardın (təxminən 20 dəqiqə).
Təmizlənmiş şabalıdı ətə əlavə edin. Zərəfan tozunu 2 qaşıq suda dəmləyin, sonra isə bu dəmi ətə əlavə edin. Kənara qoyduğunuz ət suyundan 1 stəkan götürüb qazana əlavə edin. Zövqə görə duz və istiot vurun.
Tavanın qapağını qoyun və yeməyi orta odda təxminən 30 dəqiqə, və ya ət bişənədək bişirin. Bişməzdən 5 dəqiqə əvvəl narı əlavə edib bişirin. Süfrəyə ya plov ya da çörəklə verin.
Qeyd: Bu yemək qaldıqca nar qaraldığına görə, bunu bişdikdən sonra həmən yemək məsləhətdir. Əgər sonra yemək üçün bişirirsinizsə, onra narı süfrəyə verməzdən əvvəl qazana əlavə edib bişirin. Və yaxud, narı heç bişirməsəniz də olar. Bir qaba qoyun ki, hər kəs istədiyi qədər isti yeməyinə nar əlavə etsin, bişirmədən.

Nuş olsun!
loading...

Etiketlər: əlavə, qoyun, bişirin, sonra, təxminən, stəkan, dəqiqə, yemək, qazana, istiot, qızardın, qarışdıra, nazik, qədər, əvvəl, yeməyi, kəfini, yığın, bərabər, Təmizlənmiş
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN