• Noxudlu mantı resepti

Reseptin məlumatları Baxış sayı: 14 514

Tarix : 27-03-2016, 23:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
5 st. un
1 yumurta
ilıq su (aldığı qədər)
duz

iç:
1 st. bişmiş noxud
1 orta boy qırmızı soğan
2 x.q. bitki yağı
duz
istiot

üzərinə:
2 x.q. kərə yağı
1 ç.q. pul bibər
0,5 st. bişmiş noxud
nanə

Hazırlanması:
Unu təpəcik ələyib ortasında çala açın, yumurta, duz, az-az ilıq su əlavə edərək xəmir yoğurun. Çox yumşaq olmasın. Üzərinə dəsmal çəkib 10 dəqiqə saxlayın.

Bu müddətdə içi hazırlayın. Qırmızı soğanı xırda doğrayıb bitki yağında qovurun. Noxudu əzin. Qovrulmuş soğanı əlavə edin, duz-istiot vurub yoğurun.

Xəmiri kündələyib 1-2 mm qalınlıqda yayın. Kiçik kvadratlara bölüb içi paylaşdırın. Hər kvadratın uclarını ortada birləşdirin (boğça kimi).

Suyu qaynadın, bitki yağı və duz vurun. Mantıları qaynayan suda bişirin. Süzüb buluda çəkin.
Kərə yağını əridin, pul bibəri əlavə edib qarışdırın. Mantının üzərinə gəzdirin.
Bişmiş noxud və nanə yarpaqları səpin.

Nuş olsun!
Etiketlər: bitki, noxud, əlavə, üzərinə, soğanı, yoğurun, bişmiş, istiot, xəmir, yumurta, birləşdirin, ortada, boğça, yayın, vurun, qaynadın, uclarını, kvadratın, bölüb, kvadratlara
BİZİ İZLƏYİN